Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

Heydərabad qəsəbəsində bələdiyyəyə məxsus açıq ərazidə yanğın baş verib

Heydərabad qəsəbəsində bələdiyyəyə məxsus açıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində bələdiyyəyə məxsus açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

FHN-in yanğınsöndürənləri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0.2 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Editor

Related Posts