Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, 2025-ci ilin 2 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 1353 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.