Lirənin məzənnəsini qorumaq üçün günortaya kimi 8 milyard dollar satılıb – “Bloomberg”

Lirənin məzənnəsini qorumaq üçün günortaya kimi 8 milyard dollar satılıb – “Bloomberg”

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı məzənnəsi 11%-dən çox ucuzlaşıb.

Birinci24 informasiya agentliyi “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Türkiyə lirəsinin bir neçə saat ərzində kəskin ucuzlaşmasından sonra Türkiyə Mərkəzi Bankı günortaya qədər lirəni dəstəkləmək üçün təxminən 8 milyard dollar satıb.

Xatırladaq ki, bu gün səhər İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.

Ötən gün isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.

Editor

Related Posts