Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Əri iki uşaq anası Aytacı tavandan asaraq öldürüb – Saxlanıldı

Əri iki uşaq anası Aytacı tavandan asaraq öldürüb – Saxlanıldı

Naxçıvanda qətl hadisəsi baş verib.

Sədərək rayon sakini, 25 yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri, 33 yaşlı Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanıb.

Onların iki övladının olduğu bildirilir.

Editor

Related Posts