İranın xarici işlər naziri Abbas Araqçi İrəvana səfər edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Araqçini hava limanında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan qarşılayıb.
Səfər çərçivəsində onun rəsmilərlə görüşləri planlaşdırılıb.
