Bu gün Çərşənbə, 16 Aprel 2025
Birinci 24

Birinci 24

Əl-Şaraa İlham Əliyevi təbrik etdi

Əl-Şaraa İlham Əliyevi təbrik etdi

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, təbrik məktubunda deyilir:

“Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!”

Editor

Bənzər Xəbərlər