Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Azər Qasımlının həbs müddəti uzadıldı 

Azər Qasımlının həbs müddəti uzadıldı 

Siyasi Menecment İnstitunun direktoru, politoloq Azər Qasımlının həbs qətimkan tədbiri 2 ay uzadılıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. 

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Özü ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir. 

Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkə hakimiyyətini insan haqları sahəsindəki siyasətinə görə təniqd edir, son illər həbs edilən ictimai fəalları, jurnalistləri azad etməyə çağırırlar. 

Azərbaycan hakimiyyəti bu tənqidləri qəbul etmir, ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini bildirir. 

Editor

Related Posts