Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.

Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.  

Editor

Related Posts