Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda ehtiyatsızlıqdan binadan yıxılan 85 yaşlı kişi ölüb

Naxçıvanda ehtiyatsızlıqdan binadan yıxılan 85 yaşlı kişi ölüb

Naxçıvan şəhərində ehtiyatsızlıq edərək binadan yıxılan kişi ölüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsində baş verib.

1940-cı il təvəllüdlü Tofiq Həbib oğlu Əsədov ehtiyatsızlıqdan yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, dünən gece saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts