
Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Noyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 05-dən başlayaraq birinci ongünlüyün sonunadək yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, temperaturun aşağı enəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 şaxta, gündüzlər 10-15 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).