Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

Aprelin 15 və 16-da baş verən kəskin yağıntıya görə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Onların ümumi zərər məbləğinin 1 milyon manatı ötəcəyi ehtimal edilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosasiyası” (ASA) İctimai Birliyi Report.az-a məlumat verib.

Qurum bildirib ki, yağıntıya görə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib.

Baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub.

Bu müraciətlərin 512-si avtomobil, 157-si daşınmaz əmlak sahiblərinə aiddir.

Bundan başqa 77 nəfər “Kasko” sığorta növü, 21 nəfər isə yanğın və və digər risklərdən sığorta növünə görə şirkətlərə müraciət edib.

294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat müəyyən olunub.

Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir, İctimai Birlik bildirib.

Müraciətlər üzrə hadisələrin 70 %-i Bakıda, 30 %-i isə respublikanın digər bölgələrində qeydə alınıb.

Editor

Related Posts