Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində iştirak edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun dəfn mərasimində iştirak edib, başsağlığı verib.

