“Bayraktar TB2” bu dəfə yerli mühərriklə havaya qalxdı – Video

“Bayraktar TB2” bu dəfə yerli mühərriklə havaya qalxdı – Video

Türkiyənin ilk milli PUA-sı olan “Bayraktar TB2” “Baykar” tərəfindən hazırlanan yerli TM100 mühərriki ilə ikinci test uçuşunu da uğurla həyata keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Şirkətin yaydığı açıqlamaya görə, “Bayraktar TB2” “Baykar”ın tamamilə öz imkanları ilə hazırladığı TM100 mühərriki ilə səmaya qalxıb. Bu mühərriklə ikinci dəfə uçuş edən milli pilotsuz uçuş aparatı testi uğurla başa vurub.

“Baykar”ın baş direktoru Haluk Bayraktar “X” sosial şəbəkəsində paylaşım edərək inandıqları, birlikdə çalışdıqları və nəticədə müvəffəqiyyət qazandıqlarını vurğulayıb. O qeyd edib ki, “Bayraktar TB2” dünyada öz sinfində ən çox sifariş verilən və kütləvi istehsalına başlanılan PUA-dır.

“Bayraktar TB2” döyüş meydanında göstərdiyi uğurla dünya miqyasında tanınan bir PUA-ya çevrildi. O, sadəcə ən çox istehsal edilən deyil, eyni zamanda ən çox ixrac edilən və real döyüş şəraitində özünü sübut edən platformadır. Bu uğurdan sonra daha güclü bir yerli mühərrikin hazırlanması, təchizat zəncirinin təhlükəsizliyi baxımından artıq bir zərurət oldu”, – Bayraktar əlavə edib.

Bu ehtiyacla “Baykar” mühəndisləri 40-dan çox yerli şirkətin də dəstəyi ilə TM100 mühərrikinin dizaynı üzrə fəaliyyətlərinə start veriblər.

Haluk Bayraktar bildirib ki, üç ehtiyatlı mühərrik idarəetmə bloku, modulyar güc sistemləri və inkişaf etmiş termal idarəetmə imkanları ilə seçilən TM100 artıq ilk sınaq uçuşlarını uğurla tamamlayıb.

Editor

Related Posts