Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

“Daha iki il bu cür hallarla qarşılaşmağa hazır olmalıyıq” – Eldar Əzizov

“Daha iki il bu cür hallarla qarşılaşmağa hazır olmalıyıq” – Eldar Əzizov

“Leysan barədə əvvəldən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdi. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir”.

Birinci24 informasiya agentliyi “Report”a istinadla xəbər verir ki, bunu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu:

“Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.
Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.

Editor

Related Posts