Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 11,6 milyon dollar dəyərində 39,2 min ton kartof idxal olunub.
Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kartofun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29,6 sent) olub.
Qeyd edək ki, idxal olunan kartofun 68%-i Türkiyədən, 26,5%-i Gürcüstandan, 4,5%-i isə İrandan gətirilib.
Məlumat üçün bildirək ki, ötən ilin aprel ayında kartofun 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 90 qəpik olduğu halda, hazırda 2 manat 20 qəpiyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə kartofun qiyməti 2,4 dəfə bahalanıb.
Məlumat üçün bildirək ki, qonşu ölkələrdə kartofun qiyməti Azərbaycanla müqayisədə daha ucuz satılır.
Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Rahat”da kartofun 1 kiloqramı 1,3 dollara (2,2 manat) satılır.
Eyni məhsul, yəni, 1 kiloqram kartof Ermənistanın məşhur SAS supermarketində 1,1 dollara (450 dram), Gürcüstanın məşhur “Carrefour” supermarketində isə 0,7 dollara (1,85 lari) satılır.