Today Çərşənbə, 23rd Aprel 2025
Birinci 24

Birinci 24

“Xırda tənqidlər…” – Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

“Xırda tənqidlər…” – Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Bu gün, aprelin 22-də Milli Məclisin iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra hesabat bir oxunuşda qəbul edilib.

AZƏRTAC-ın xəbərinə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında bildirib ki, qurum 2024-cü ildə ümumilikdə 52 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib. Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin, 40 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqların tələblərinin pozulduğu müəyyən edilib.

O vurğulayıb ki, uyğunluq elementləri üzrə aşkarlanmış pozuntu 657 milyon manat olub, bunun 126 milyon manatı hesablanmış büdcəyə zərər təşkil edib: “Zərər məbləğinin 84.4 milyon manatı üzrə müvafiq qaydada pul və ya natura şəkilində bərpası və əvəzləşdirilməsi, 15.2 milyon manatı üzrə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istiqamətində qərar qəbul edilib”.

Ekspert: “Missiyanı tam yerinə yetirə bilmir”

İqtisadçı Zöhrab İsmayıl isə deyir ki, Hesablama Palatası Azərbaycanda ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir: “O özünün missiyasını, təbii ki, yerinə yetirə bilmir. O, parlamentə hesabat verən qurumdur və büdcə vəsaitlərinin icrasına, dövlət sektorunda xərcləmələrə, o cümlədən dövlət büdcəsinin layihəsinə, icrasına qiymət verməlidir. Təbii ki, onlar bu missiyanı tam yerinə yetirə bilmir”.

Amma iqtisadçının fikrincə, qurum qeyd edilən istiqamətdə müəyyən işlər də görür: “Hansısa dövlət qurumunda, dövlət şirkətində audit keçirirlər, rəylərində hansısa qeydlər, xırda tənqidlər edirlər”.

Amma Azərbaycan müxalifətinin bir çox təmsilçiləri isə hesab edirlər ki, Hesablama Palatası iri korrupsiya əməllərinin üzərinə gedə bilmir. Bunu da onlar Azərbaycanda hakimiyyət bölgüsü prinsipinə əməl olunmaması ilə izah edirlər.

Editor

Related Posts