Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Ağdamda 5, Kürdəmirdə isə 11 məcburi köçkün ailəsinə mənzil verilib – Siyahı

Ağdamda 5, Kürdəmirdə isə 11 məcburi köçkün ailəsinə mənzil verilib – Siyahı

Ötən il dövlət hesabına 1 634 məcburi köçkün ailəsi mənzillə təmin olunub.

Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işğaldan azad olunan rayonlarda mənzillə təmin olunan məcburi köçkün ailələrinin sayı ümumi ailələrin 89%-ni təşkil edib.

Qeyd edək ki, ötən il işğaldan azad olunan rayonlarda 1 451 məcburi köçkün ailəsi, digər şəhər və rayonlarda isə 183 köçkün ailəsi mənzillə təmin olunub.

Paytaxt Bakıda 72 məcburi köçkün ailələsinə mənzil verilib.

Onu da bildirək ki, ötən il işğaldan azad olunan Ağdam rayonunda 5 məcburi köçkün ailəsi mənzillə təmin olunduğu halda, Kürdəmir rayonunda 11 məcburi köçkün ailəsi mənzil sahibi olub.

Azərbaycanın şəhər və rayonlarında 2024-cü ildə mənzillə təmin olunan məcburi köçkün ailələrinin və onların ailə üzvlərinin sayı aşağıdakı kimi olub:

Füzuli r. – 460 ailə (1 827 nəfər);
Şuşa r. – 369 ailə (1 388 nəfər);
Cəbrayıl r. – 287 ailə (1 169 nəfər);
Laçın r. – 236 ailə (791 nəfər);
Xocalı r. – 94 ailə (450 nəfər);
Qaradağ r. – 45 ailə (192 nəfər);
Abşeron r. – 33 ailə (148 nəfər);
Sabunçu r. – 15 ailə (64 nəfər);
Kürdəmir r. – 14 ailə (61 nəfər);
Ağcabədi r. – 11 ailə (52 nəfər);
Sumqayıt ş. – 9 ailə (38 nəfər);
Goranboy r. – 9 ailə (43 nəfər);
Şirvan ş. – 8 ailə (37 nəfər);
Tərtər r. – 7 ailə (33 nəfər);
Pirallahı r. – 7 ailə (33 nəfər);
Ağdam r. – 5 ailə (28 nəfər);
Binəqədi r. – 5 ailə (22 nəfər);
Sabirabad r. – 3 ailə (16 nəfər);
Bərdə r. – 2 ailə (11 nəfər);
Gəncə ş. – 2 ailə (12 nəfər);
Biləsuvar r. – 2 ailə (14 nəfər);
Ucar r. – 1 ailə (5 nəfər);
Yevlax r. – 1 ailə (6 nəfər);
Beyləqan r. – 1 ailə (7 nəfər);
Göygöl r. – 1 ailə (7 nəfər);
İmişli r. – 1 ailə (6 nəfər);
Saatlı r. – 1 ailə (6 nəfər);
Qəbələ r. – 1 ailə (5 nəfər);
Zaqatala r. – 1 ailə (11 nəfər);
Şabran r. – 1 ailə (5 nəfər);
Mingəçevir ş. – 1 ailə (5 nəfər).

Editor

Related Posts