Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb.
Birinci24 informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, ötən gün İstanbulda zəlzələlər qeydə alınıb. Onlardan biri 6,2 bal gücündə olub.