İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı danışıqlar aparılır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə çərşənbə günü “The Jerusalem Post” yazıb.
Onun İsrail və Türkiyə arasında vasitəçi kimi çıxış edən Azərbaycana nəzərdə tutulan potensial səfəri lə bağlı müzakirələr barədə ilk olaraq İsrail Hayomdan Ariel Kahana məlumat verib.
Bu, İsrail və Türkiyə arasında son gərginliyin artması fonunda baş verir, – deyə nəşr bu ayın əvvəlində Suriya ilə bağlı iki xalq arasında ilkin danışıqlara başlandığını xatırladır
İsrail bir neçə aydır ki, Suriyaya zərbələr endirir və bəzi mesajlar verir ki, zərbələr Türkiyənin Palmira və Həma yaxınlığındakı hava bazalarına keçməsinə mane olmaq məqsədi daşıyır.
Türkiyə və İsraillə dost olan Azərbaycan gərginliyin aradan qaldırılmasına kömək edə bilər.
İsraillə Azərbaycan arasında 30 ildən artıqdır (1992-ci ildən) diplomatik əlaqələr mövcuddur və son 20 ildə Azərbaycan İsrailə xam neft və qaz ixrac edir və İsrailin neft ehtiyacının təxminən 40%-ni qarşılayır.
Martın 17-də İsrail Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə qaz kəşfiyyatı müqaviləsi imzalayıb.
Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınmasına yönəlmiş münaqişənin aradan qaldırılması mexanizmini müzakirə etmək üçün aprelin 9-da Azərbaycanda görüşüblər.