
Babəkdə məktəblilər arasında şəhid gizir Ümid Novruzlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Yarış başlanmazdan əvvəl şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhid gizir Ümid Novruzlunun döyüş yoluna nəzər salıb, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.
Təşkilatçılar tərəfindən şəhidin ailə üzvlərinə təşəkkürnamə təqdim edilib. Sonra birinciliyə start verilib. Birincilikdə 7 çəki dərəcəsi üzrə 38 məktəbli hünərini göstərib. Müxtəlif çəki dərəcələrində qalib olan gənc idmançılara diplom və medallar təqdim edilib.
Qeyd edək ki, şəhid gizir Novruzlu Ümid Bahadur oğlu Vətən müharibəsində Şuşa şəhərinin azadlığı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətənin igid oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.