Today Şənbə, 26th Aprel 2025
Birinci 24

Birinci 24

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

“Qafqazinfo” isə Nurəddin Cəlilovun metroda qanunsuz hərəkət etdiyi üçün metro polisi tərəfindən saxlanıldığını yazıb. Qeyd olunub ki, onun barəsində protokol qəbul edilərək məhkəməyə göndərilib.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Editor

Related Posts