Today Şənbə, 26th Aprel 2025
Birinci 24

Birinci 24

Bakıda qeyri-ənənəvi dini təriqəti təbliğ edənlər həbs edilib – KİV

Bakıda qeyri-ənənəvi dini təriqəti təbliğ edənlər həbs edilib – KİV

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfərin həbs edildiyi bildirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində – “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.

“1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.

Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.

Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib”, – sayt yazır.

Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər. 1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.

Abdullah Haşim Aba El-Sadık

Editor

Related Posts