Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

Balasanyan Putinə müraciət etdi: Ermənilərin Qarabağa qayıtmasına kömək istəyir

Balasanyan Putinə müraciət etdi: Ermənilərin Qarabağa qayıtmasına kömək istəyir

Özünü qondarma rejimin keçmiş “Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən, Qarabağ separatçısı Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Birinci24 informasiya agentliyi “News.am”a istinadən xəbər verir ki, Balasanyan bu müraciətində Putindən xahiş edir ki, ermənilərin Qarabağa qayıtmasına şərait yaratsın və bu prosesə vasitəçilik etsin.

“Ümid edirik ki, Sizin köməyiniz və dəstəyinizlə Qarabağ erməniləri – Böyük Vətən müharibəsində qələbə qazanmış xalqın nəslindən olan insanlar – yenidən öz tarixi hesab etdikləri torpaqlara dönə biləcəklər”, – deyə Balasanyan sərsəmləyib.

Qeyd edək ki, Vitali Balasanyan bir müddət öncə Azərbaycanın suverenliyini pozaraq qanunsuz rejimdə müxtəlif “vəzifələr” tutmuş şəxslərdən biridir. Onun bu çağırışı bəzi dairələrin hələ də revanşist iddialardan əl çəkmədiyini göstərir.

Editor

Related Posts