Today Çərşənbə, 7th May 2025
Birinci 24

Birinci 24

Netanyahu Azərbaycana səfərini təxirə saldı

Netanyahu Azərbaycana səfərini təxirə saldı

“İsrailin Baş naziri Benyamin Netanyahu regionda baş verən hadisələrlə əlaqədar Azərbaycana mayın 7-dən 11-dək baş tutmalı olan səfərini təxirə salmaq qərarına gəlib”.

Birinci24 informasiya agentliyi “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin dəftərxanası məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin siyasi hadisələrin sıx qrafiki və təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərinin vaxtını dəyişdirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir”, – məlumatda deyilib.

Xatırladaq ki, daha öncə Türkiyə XİN-in sözcüsü Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından istifadə etməyə icazə verildiyi iddialarını təkzib edib. 

Editor

Related Posts