Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

Hacı Vəliyevin Psixiatriya Xəstəxanasına aparıldığı deyilir

Hacı Vəliyevin Psixiatriya Xəstəxanasına aparıldığı deyilir

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev həkim müayinəsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə mayın 11-də ictimai birliyin “Facebook” səhifəsində məlumat verilib. 

Məlumata görə, Vəliyev ailə üzvlərinə gözləri ağrıdığı üçün açıq havaya çıxa bilmədiyini deyib.

O, həmçinin qeyd edib ki, təcridxanada onun üçün həkim ayrılmayıb, müayinə və müalicəsi üçün reabilitasiya mərkəzinə köçürülməsinə ehtiyac var. 

İctimai birlikdən Toplum TV-yə bildirib ki, müayinədən sonra Hacı Vəliyev təcridxanaya qaytarılıb.

Mayın 12-də isə ictimai birlik Vəliyevin ailə üzvlərinə istinadən xəbər verib ki, onun gözündə irinləmə başlayıb. O deyib ki, saxlanıldığı yerdə gözünü dizinfeksiya etmək üçün yetərli tibbi şərait yoxdur və o, Zərifə Əliyeva adına Göz İnstitutuna köçürülmək istəyir. 

Deyilənlər barədə rəsmi qurumlar hələki açıqlama verməyib.

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Editor

Related Posts