Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi barədə istintaq məlumatlarını açıqlamayıb

Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi barədə istintaq məlumatlarını açıqlamayıb

“Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, ibtidai istintaq məlumatları açıqlanmır”, – məlumatda deyilir.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.

Editor

Related Posts