“Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır”.
Birinci24 informasiya agentliyi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan edilər.
Diqqətəlayiqdir ki, nazirlərin bugünkü qərarlarından biri bu mühüm faktı bir daha təsdiqləyir və sazişin mümkün qədər tez imzalanmasına və ratifikasiyasına çağırır. Mən Ermənistanın təxirə salmadan bu yolla getməyə hazır olduğunu təsdiqləyirəm”, – deyə o, Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.