Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Əminə Şirin:”Cəhənnəmdə yanacağamsa, sizə nə?!”

Əminə Şirin:”Cəhənnəmdə yanacağamsa, sizə nə?!”

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, sənətçinin din və Allah barədə söylədiyi fikirlər birmənalı qarşılanmamışdı.

Əminə sosial şəbəkələrdə onu “daş-qalaq” edənlərə üzünün tuturaq, videomüraciət ünvanlayıb:

“Son müsahibəmdən sonra çoxunuz məni qınamağa başladı. İttam etdiniz, səhv anladınız. Heç birinizdən düzgün anlaşılmaq kimi gözləntim yoxdu. Ruhən böyüyənlər nə demək istədiyimi anladılar. Mənim dərdim din dərdi deyil. Mənim məzhəbim, təriqətim də hamısı eşqdir. Eşq də Allaha məxsusdur, birbaşa özüdür. Nəyi səhv və ya düz anlasınız mənə gəlib toxunmayacaq, birbaşa özünüzə qayıdır. Əgər mən ət yemədiyimə, bir canlını incitmədiyimə görə, öz düşüncəmlə Allahı düzgün şəkildə qəbul etdiyimə, hər saniyə şükür etdiyimə, eşqdə qaldığıma görə sizin düşündüyünüz cəhənnəmdə yanacağamsa, sizə nə?!”.

Editor

Related Posts