Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Məşhur müğənni səhnədə yerə sərildi

Məşhur müğənni səhnədə yerə sərildi

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Çeşmədə səhnəyə çıxan ifaçı mahnı oxuyan zaman anidən yerə yıxılıb. Sənətçinin köməkçiləri dərhal müdaxilə edərək onu səhnə arxasına aparıblar.

50 yaşlı Ziynet daha sonra özünü yaxşı hiss etdiyini bildirib:

“Dünən gecə səhnədə özümü çox pis hiss etdim. Səbəb qan təzyiqimin çox aşağı olması idi. Buna yorğunluq deyək… İndi yaxşıyam”.

Qeyd edək ki, bu Ziynet Salinin başına gələn ilk belə hal deyil. 2018-ci ildə də Beylikdüzündə verdiyi konsertdə o huşunu itirmişdi.

Editor

Related Posts