ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistandan danışıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Konqresdə hesabat verən Rubioya konqresmenlərdən biri Kris Smit Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın rolu barədə sual verib.
Smit Azərbaycan Prezidenti İlham Əliyevi diktator adlandırıb və ölkədə siyasi məhbusların və müharibə əsirlərinin olduğunu deyib.
O, Rubiodan həmin şəxslərin azad olunmasında “əlindən gələni etməsini” xahiş edib.
Rubio cavabında deyib ki, ABŞ-ın bölgədə əsas fokuslarından biri Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır.
“Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalmaqdadır, Vaşinqton bunun qarşısını almağa çalışır”, – o bildirib.
Dövlət katibi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı deyib ki, “əksər hallarda ideal modelə sahib olmayan ölkələrlə də işləməliyik”.