Today Bazar ertəsi, 28th İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvandakı zəhərlənmə ilə bağlı araşdırma başladı

Naxçıvandakı zəhərlənmə ilə bağlı araşdırma başladı

Naxçıvanda eyni dönərxanada ikinci dəfə bu halın baş verməsi mövsümlə, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.

Birinci24 informasiya agentliyi “Report”a istinadən xəbər verir ki, bunu Naxçıvan MR Qida Təhülikəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov jurnaslistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu kimi hallar riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər:

“Dönərxanada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəssisəsində, eləcə də dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib və qida təhlükəsizlik institutunun laboratoriyasına təqdim olunub”.

Qurum rəsmisi əlavə edib ki, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub:

“Həmin aktda qeyd olunan temperatur rejimi tələblərinə əməl etmək lazımdır. İstifadə olunan moyanez, ketçup və digər souslar müvafiq temperaturda saxlanılmadıqda, gigiyenik qaydalar pozulduqda sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur”.

Xatırladaq ki, analoji hadisə həmin məkanda bundan əvvəl mayın 22-də qeydə alınmışdı. Həmin vaxt isə 7 nəfər dönərdən zəhərlənmişdi.

Editor

Related Posts