Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.
Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.
AZAL-a məxsus təyyarə artıq havaya qalxıb və hazırda Bakı istiqamətində hərəkət edir.