Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Almaniyanın dövlət enerji təşkilatı SOCAR-la 10 illik müqavilə imzalayıb

Almaniyanın dövlət enerji təşkilatı SOCAR-la 10 illik müqavilə imzalayıb

Almaniyanın dövlət enerji təşkilatı – SEFE (Securing Energy for Europe) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün növbəti 10 il üçün təbii qaz alqı-satqı müqaviləsi imzaladıqlarını açıqlayıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu müqavilə çərçivəsində SOCAR-dan SEFE-yə tədarüklər 2025-ci ildə başlayacaq.

Müqaviləyə əsasən, qaz həcmləri SOCAR tərəfindən SEFE-yə təchiz ediləcək və illik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 1,5 milyard kubmetrə çatdırılacaq.

Bu tərəfdaşlıq qaz kompressorları kimi istehsal və infrastruktura investisiyaları dəstəkləyəcək, Avropaya gələn boru kəməri qazının həcmini artıracaq və beləliklə, qitənin tədarük təhlükəsizliyini təmin edəcək.

SEFE-nin baş direktoru Dr Eqbert Laege deyib ki, bu uzunmüddətli müqavilə Almaniya və Azərbaycan arasında möhkəm münasibətlərin sübutudur.

“Bu tərəfdaşlıqla biz əhəmiyyətli qaz həcmlərinin Avropaya çatması üçün yeni marşrut yaradırıq, bununla da portfelimizi şaxələndiririk və müştərilərimizin təchizatının təhlükəsizliyini artırırıq”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə bildirib ki, bu saziş SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin artırılması üzrə davamlı öhdəliyində daha bir mühüm mərhələni qeyd edir.

“SEFE-yə etibarlı və əhəmiyyətli təbii qaz həcmləri verməklə biz Azərbaycan və Almaniya arasında tərəfdaşlığı gücləndirir, Avropanın enerji şaxələndirilməsi məqsədlərinə müsbət töhfə veririk və SOCAR-da hasilatın davamlı inkişafı və SOCAR-ın infrastrukturuna sərmayə qoyuluşuna davam edirik”.

Son vaxtlar Azərbaycan- Almaniya münasibətlərində istiləşmə müşahidə olunur.

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib. Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata verilən bəyanatlarda danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edildiyi bildirilib.

Editor

Related Posts