Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Efirdə göz yaşları “sel oldu”

Efirdə göz yaşları “sel oldu”

Müğənni Rahidə Baxışova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, övladlarından danışan sənətçi duyğu selinə qapılıb.

Göz yaşlarına hakim ola bilməyən Baxışova yaşadığı çətinlərdən danışıb:

“Yaxşı ki, siz mənim balalarımsınız. Övlad çox həssas mövzudur. Bir zaman, çox özünə qapanan dönəmimdə idim. Qızım dedi ki, sən ağlayırsan. Ana da ağlayar? O sözdən sonra özümü toparlayıb, göz yaşlarımı sildim ki, övladlarımın qarşısında axmasın. Çünki onların məndən başqa kimsəsi yoxdur.

Qadın məcburiyyət qarşısında qalanda güclü olur. Heç bir qadın güclü olmağı seçməz, xoşbəxt olmaq istəyər. Mən uşaq yaşlarımdan güclü olmağa alışmışam. Elə məqamlar olur ki, özüm öz qarşımda yıxılıram. Məcburən olsa da, ayağa qalxıram ki, yıxılmayacağam. Hansı ruh halında oluramsa, başqa yolum yoxdur”.

Editor

Related Posts