Meyxanaçı-müğənni Samirə Yusifqızının açıqlaması marağa səbəb olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, şəxsi həyatı barədə etiraf edib.
“1997-ci ildə həyat yoldaşım rəhmətə getdi. 29 yaşımdan dul qalmışam. Yalan deyim ki, heç kim olmayıb həyatımda… Olub, yalan deyə bilmərəm. Həmin adamla uzun müddət bərabər olmuşuq. Məndən 4-5 yaş böyük idi. Onun mənə heç bir köməyi, dəstəyi olmayıb.
Heç 1 manatını da görməmişəm, dini yolla halallığımız olub. Ailələrimiz bilib. Xırda bir səbəbə görə 11 ilin üstründən xətt çəkmişəm. Həmin dəqiqədən onu uzaqlaşdırdım. Bu illər ərzində çox evlilik təklifləri çox olub. Onalrın sırasında tanınmayan musiqiçilər də olub. Tanınmış müğənnilərdən təklif omayıb. Uşaqlarım balaca idi. Evdə qızım böyüyürdü, razı ola bilməzdim”.