Today Bazar ertəsi, 23rd İyun 2025
Birinci 24

Birinci 24

QMİ Məhərrəm ayı ilə bağlı fətva verdi

QMİ Məhərrəm ayı ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə bağlı fətva verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, fətvada Məhərrəm ayının iyunun 26-da başlayacağı bildirilir.

“Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir”, – fətvada bildirilir.

Editor

Related Posts