Today Cümə axşamı, 3rd İyul 2025
Birinci 24

Birinci 24

Son 24 saatda 100-dən çox fələstinli öldü

Son 24 saatda 100-dən çox fələstinli öldü

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 100-dən çox fələstinli həlak olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.  

Məlumata görə, İsrail hərbçiləri humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün gözləyən 28 nəfər də daxil olmaqla 109 nəfəri qətlə yetirib.

Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, may ayının sonundan bəri humanitar yardım paylama məntəqələrinə edilən hücumlar nəticəsində 600-dən çox fələstinli həlak olub.

Ümumilikdə, 2023-cü ilin oktyabrında silahlı münaqişənin şiddətlənməsindən bəri Qəzza zolağında 56,6 mindən çox fələstinli həlak olub, 134 min fələstinli yaralanıb.

Editor

Related Posts