Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Belçika hökuməti kiberqoşunlar yaradacaq

Belçika hökuməti kiberqoşunlar yaradacaq

2034-cü ilə qədər Belçika hökuməti krallığın silahlı qüvvələrinin tərkibində tamhüquqlu kiberqoşunlar yaradacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “L’Echo” qəzeti məlumat yayıb.

Məlumata görə, onlar quru qoşunları, hava qüvvələri və donanma ilə birlikdə fəaliyyət göstərəcək.

Bu məqsədlər üçün 500 milyon avroya yaxın vəsait ayrılacaq.

Ümumilikdə, nəşrin məlumatına görə, Belçika hökuməti dövlətin rəqəmsal sabitliyini təmin etmək üçün irimiqyaslı plan hazırlayıb. Planın həyata keçirilməsi üçün 1,6 milyard avro nəzərdə tutulub.

Digər tərəfdən, Belçika hökuməti əlavə investisiyaları geniş şifrələnmiş şəbəkənin yaradılmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə istiqamətləndirmək niyyətindədir.

Nəşr yazır ki, rəqəmsal təhlükəsizlik müasir texnologiyalardan istifadə etməklə hərbi infrastrukturu hərtərəfli yeniləyəcək.

Editor

Related Posts