Yekaterinburqun Lenins Rayon Məhkəməsi iyunun 27-də keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla həyata keçirdiyi əməliyyat çərçivəsində saxlanılan K.Səfərovla bağlı məhkəmə ittiham tərəfinin təqdimatı əsasında qərar çıxarıb.
Qərara əsasən, Kamal Səfərov 2025-ci il iyulun 19-dək həbsdə saxlanılacaq.
Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.