Today Şənbə, 5th İyul 2025
Birinci 24

Birinci 24

Anardan sonra Yazıçılar Birliyini nələr gözləyir… 

Anardan sonra Yazıçılar Birliyini nələr gözləyir… 

Azərbaycanda peşə birlikləri əksər hallarda bir şəxsin ətrafında cəmləşir. Buna misal olaraq Azərbaycan Yazıçılar Birliyini (AYB) göstərmək olar. Xalq yazıçısı Anar 1987-ci ildən bu yana quruma sədrlik edir. Lakin onun hələ də sədrlikdə qalması birmənalı qarşılanmır. Bəzi yazıçılar fikirlərşir ki, Anarın AYB sədrliyindən getməsinin vaxtı çoxdan yetişib.

Maraqlıdır, Anardan sonra AYB-ni nələr gözləyir?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib ki, Anar kifayət qədər böyük yaradıcılıq irsi olan adamdır:

“Azərbaycan Yazıçılar Birliyinə uzun illər ölkəmizin dəyərli yazıçısı Anar rəhbərlik edir. Anar müəllim kifayət qədər böyük yaradıcılıq irsi olan şəxsiyyətdir. Ümumiyyətlə, o, AYB-nin idarə olunmasında böyük təcrübəsi olan adamdır”.

F.Mustafa vurğulayıb ki, əbədi vəzifə yoxdur:

“Təbii ki, əbədi vəzifə yoxdur. Bunu ancaq Yazıçılar Birliyinin öz üzvləri müəyyən etməlidir. Birliyin üzvləri məsləhət bilsələr, Anar rəhbərliyə davam edəcək. Məsləhət bilmədikləri halda müvafiq prosedur qaydaları, qurultay mövcuddur. Burada məsələni gündəmə çıxara bilərlər. Arzulanan Yazıçılar Birliyi necə olmalıdır? Bunu müzakirə etməyə dəyər. Azərbaycan reallığında əslində Yazıçılar Birliyi mümkün qədər özünün varlığını qoruyur, ədəbiyyata diqqət ayırır. Qurum tədbirlər həyata keçirir, kitab təqdimatları edir. Yazıçıların sosial-məişət problemlərinin həllində müəyyən işlər görür. Amma kifayət qədər aktiv qurumdur. Məsələlər Yazıçılar Birliyinin üzvlərinə aiddir.  Kənardan kimsə bunu müəyyən etmir. Yazıçılar Birliyi öz hürr iradəsi ilə özünün təşkilati problemlərini həll etməlidir”.

Editor

Related Posts