Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Gənc Müəllimlər Assosiasiyası Zəfər Gününü qeyd edib

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova qeyd edib ki, cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.

Assosiasiya sədri müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi rəhbəri, qazi Abbasəli Tarverdiyev və Şərur rayon Həmzəli kənd tam orta məktəbin müəllimi, “44 Günlük Vətən Müharibəsinin Şərur Şəhidləri” kitabının müəllifi Samil Qəribov vurğulayıblar ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu Zəfəri Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi ilə düşməni məhv edən Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə borcluyuq.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Şəhid Raqib Hüseynovun bacısı Ülviyyə Mehdiyeva şəhid bacısı kimi qürurunu dilə gətirərək muxtar respublikada şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.

Sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlərin hazırladığı şeir, rəqs, musiqi nömrələrinə və bədii kompozisiyaya baxış olub.

admin

Related Posts