Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb:
“Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır”.
***09:28
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.
Bildirilir ki, yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:
“Faktla bağlı araşdırma başlanıb”.