Suriya və İsrailin Bakıda yaxın günlərdə danışıqları gözlənilir

Suriya və İsrailin Bakıda yaxın günlərdə danışıqları gözlənilir

Yaxın günlərdə Bakıda Suriya və İsrailin rəsmi nümayəndələri arasında danışıqlar keçiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Al Arabiya və AFP diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüş Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəranın Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutacaq. Əş-Şəraa danışıqlarda birbaşa iştirak etməyəcək.

Diplomatik mənbələrin bildirdiyinə görə, danışıqların əsas mövzusu Suriyanın cənubunda İsrailin hərbi mövcudluğu olacaq. Son aylarda bölgədə gərginlik artıb. İsrail bu ərazilərdə təhlükəsizlik məsələlərini və İran dəstəkləyən qruplardan gələn təhdidləri əsas gətirərək nəzarəti gücləndirib.

Tərəflər gərginliyin azaldılması mexanizmlərini, mümkün təhlükəsizlik razılaşmalarını və bölgədə yaranmış yeni siyasi şərait fonunda Suriya-İsrail münasibətlərinin gələcəyini müzakirə etməyi planlaşdırırlar.

Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şəraa bu gün Bakıya gözlənilmədən səfər edib. Bu, onun Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə dar və geniş formatda görüşlər keçirib.

Editor

Related Posts