Rusiyada azərbaycanlı polis rəisi saxlanıldı

Rusiyada azərbaycanlı polis rəisi saxlanıldı

Rusiyanın Polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Nijni Novqorod hava limanında azərbaycanlı polis rəisi Namiq Musayevi saxlayıblar.

Birinci24 informasiya agentliyi RBK-yə istinadən xəbər verir ki, bu barədə Volqa Federal Dairəsinin nəqliyyat polisi məlumat yayıb.

İstintaq müəyyən edib ki, Nijni Novqorod vilayətinin sakini dəfələrlə ölkənin miqrasiya qanunvericiliyini pozan xarici vətəndaşları inzibati məsuliyyətə cəlb etməmək üçün tədbirlər görüb:

“Onların təqsiri təsdiq olunarsa, zabitlər neqativ əsaslarla daxili işlər orqanlarından xaric ediləcək, saxlanılan bütün vətəndaşlar qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq”.

“Nijni. Seqodnya” yazır ki, təhlükəsizlik qüvvələri polkovnik-leytenant Namiq Musayevi hava limanında qanunsuz miqrasiya sxemini təşkil etməkdə şübhəli bilinərək saxlayıb. İnformasiya agentliyinin güc strukturlarındakı mənbəsi bildirib ki, Musayev miqrantların Rusiyaya rüşvətlə getdiyi kanal yaradıb. İlkin məlumata görə, cinayət sxeminə 12-yə yaxın polis cəlb edilib.

Məqalədə iddia olunur ki, Musayev Nijni Novqorod vilayətindəki Azərbaycan diasporu ilə də sıx bağlı olub.

Editor

Related Posts