“Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını diqqətlə izləyib”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı deyib.
Türkiyə lideri telefon danışığı zamanı Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.
Həmçinin ölkə başçısı “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması istiqamətində əhəmiyyətli bir addım atdıqlarını və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib.