İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə nazirlik tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.
Respublikanın bütün turizm zonalarına — çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.