Today Bazar ertəsi, 21st İyul 2025
Birinci 24

Birinci 24

İlham Əliyev Dmitri Qordonun sualını belə cavab verib: “Heç vaxt işğalla barışmayın”

İlham Əliyev Dmitri Qordonun sualını belə cavab verib: “Heç vaxt işğalla barışmayın”

Məsləhətim Ukrayna vətəndaşlarına – heç vaxt işğalla barışmayın.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media

Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.

Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.

“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə – mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam – 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, – deyə Prezident əlavə edib.

Editor

Related Posts