Today Çərşənbə axşamı, 22nd İyul 2025
Birinci 24

Birinci 24

Qəzzada ərzaq dalınca gedən ən az 73 nəfər bir gündə öldürülüb 

Qəzzada ərzaq dalınca gedən ən az 73 nəfər bir gündə öldürülüb 

İyulun 20-də Qəzza zolağında humanitar yardım dalınca gedən ən az 73 nəfər öldürülüb, 150 nəfər isə yaralanıb. 

Qəzzanın səhiyyə rəsmilərinin dediyinə görə, onlardan 67-si zolağın şimalında, 6-sı isə cənubda Xan Yunis şəhərində öldürülüb. 

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) bildirib ki, humanitar yardım daşıyan 25 yük maşınından ibarət karvan iyulun 20-i səhər saatlarında Qəzzanın şimalındakı icmalara çatmağa çalışıb.

“Zikim keçid məntəqəsindən Qəzzaya daxil olduqdan sonra son nəzarət-buraxılış məntəqəsini keçən kimi, karvan təcili ərzaq yardımına ehtiyacı olan insanların səbirsizliklə gözlədiyi böyük bir izdihamla qarşılaşıb. Karvan yaxınlaşan zaman ətrafdakı izdiham İsrail tankları, snayperləri və digər atəş növləri tərəfindən atəşə tutulub”, – bəyanatda qeyd olunub. 

İsrail ordusu bildirib ki, zolağın şimalında minlərlə Qəzzalının toplaşdığı müəyyən edildikdən sonra “əsgərlər onlara qarşı yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə xəbərdarlıq atəşi açıblar.” 

Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının açıqlamasına görə, mayın sonlarından bu günə qədər yardım götürmək üçün gedən 1000-ə yaxın qəzzalı İsrail tərəfindən öldürülüb.

Editor

Related Posts