Today Cümə, 25th İyul 2025
Birinci 24

Birinci 24

Ramzan Kadırov Bodrumda dənizdə boğulma təhlükəsi ilə üzləşib – KİV

Ramzan Kadırov Bodrumda dənizdə boğulma təhlükəsi ilə üzləşib – KİV

Çeçenistan Prezidenti Ramzan Kadırov Türkiyədə istirahətdə olduğu zaman xoşagəlməz hadisə ilə üzləşib.

Birinci24 informasiya agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulmaq təhlükəsi yaşayıb. Hadisə zamanı o, Sahil Mühafizəsi qruplarının müdaxiləsi ilə xilas edilib və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə günorta saatlarında Bodrumun Kaynar bölgəsində yerləşən beşulduzlu otelin çimərliyində baş verib. İddialara görə, dənizə girən Kadırov qəfildən çətinlik çəkməyə başlayıb və boğulma təhlükəsi ilə qarşılaşıb. Ətrafdakı şəxslər dərhal vəziyyəti anlayaraq Sahil Mühafizəsi qruplarına və təcili tibbi yardım xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn qrup Kadırovu sudan çıxararaq sahildə ilkin tibbi yardım göstərib.

Daha sonra o, təcili tibbi yardım maşını ilə yaxınlıqdakı özəl xəstəxanaya aparılıb. Məlumata görə, xəstəxanada müayinə və müalicə alan Ramzan Kadırovun səhhəti hazırda qənaətbəxşdir. O, bir müddət müşahidə altında saxlanılıb və daha sonra vəziyyətinin stabil olduğu bildirilib.

Editor

Related Posts