Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

“Hesabatlarımızı demək olar ki, heç kim oxumur” – Quterreş

“Hesabatlarımızı demək olar ki, heç kim oxumur” – Quterreş

Səmərəliliyin artırılması və xərclərin azaldılması yollarının tapılması ilə bağlı BMT-nin hesabatında təşkilat az adamın onun hesabatlarını oxuduğunu aşkar edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təşkilatın baş katibi Antonio Quterreşin sözlərinə görə, 2024-cü ildə BMT sistemi 240 qurumun iştirak etdiyi 27 min iclas keçirib və katiblik 1100 hesabat hazırlayıb ki, bu da 1990-cı illə müqayisədə 20% çoxdur.

“Görüşlərin və hesabatların çoxluğu sistemi – və hamımızı – yorur. Bu hesabatların çoxu nadir hallarda oxunur. Hər beş hesabatdan biri 1000 dəfədən az yüklənir. Və yükləmək mütləq oxumaq demək deyil”, – Quterreş deyib.

Bununla əlaqədar, Quterreş daha az iclas keçirməyi və daha az hesabat verməyi və yalnız bütün mandatların tələblərinə tam uyğun gələn hesabatların verilməsini təklif edib.

Qeyd edək ki, mart ayında BMT-nin effektivliyini artırmaq üçün “BM80” işçi qrupunun (təşkilatın 2025-ci ildə 80 yaşı tamam olur) yaradılması da elan edilib.

Editor

Related Posts